Menyu

Xəzər rayonunda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Nərmin Qocamanlı
Xəzər rayonunda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb

Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, oktyabrın 24-də Xəzər rayonu ərazisində keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq yerin təkindən istifadə etməklə qarışıq süxur kütləsinin yük avtomobili ilə daşınması faktı aşkar olunub. Yerin təkindən qanunsuz istifadə etdiyinə görə həmin yük avtomobilinin sürücüsü barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Nərimanov rayonu ərazisində keçirilən digər tədbir zamanı isə restoranların birində ətraf mühitə atılan zərərli maddələrin normativdən artıq olması aşkar olunun. Həmin restoranının icarədarı barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər