25.Oktyabr.2024, 15:00
Evdə qaz "peçi" quraşdırarkən nələrə diqqət edilməlidir?
Evdə qaz "peçi" quraşdırarkən nələrə diqqət edilməlidir? şəkil
Evdə qaz "peçi" quraşdırarkən nələrə diqqət edilməlidir?

Havalar artıq soyuyur. Bu da qaz sobalarına təlabatı artırır. Amma bu özü ilə bədbəxt hadisələri də gətirir. Dəm qazından zəhərlənmə halları artır. Bəs evlərdə quraşdırılan qaz plitələri və sobalar standartlara cavab verirmi?

Məsələ ilə bağlı “ Operativ Media”ya açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert eksperti Elmar Nurəliev bildirib ki, plitədən istifadə olunan evlərdə dəm qazına qarşı detektiv olmalıdır:

“Qaz təhlükəsizliyi məsələsi həmişə ön planda olmalıdır. Qazdan düzgün istifadə olunmadıqda dəm qazı yaranır. Ona görə də bütün evlərdə qaz sızması və dəm qazına qarşı detektiv olmalıdır. Bu, qanunvericiliklə təsbit olunub. Qaz sızması eleyhinə detektiv sızma anında kranı bağlayır. Bu zaman qazın verilmə prosesi dayanır. Nəticəsə böyük fəlakətin qarşısı alınır. Dəm qazı üçün olan detektiv də eyni qaydada. Xüsusi ilə qaz plitəsi olan evlərdə detektiv mütləq olmalıdır. Qaz qurğularına və plitələrinə kənar müdaxilə etmək, istiliyin artırılıb- azaldılması, plitənin yerinin dəyişdirilməsi yolverilməzdir. Bu hallar yalnız ixtisaslaşmış insanlar və ya mütəxəssizlər tərəfindən həyata keçirilə bilər. Bəzən evlərə qeyri-leqal yollarla qaz çəkilir. Otaqlarda qaz borularının və ya plitənin yeri dəyişdirilir. Bunlar təhlükəsizlik baxımından yolverilməzdir”.

Ekspert qaz plitələrinin otaqların kvadrat metrinə uyğun olaraq quraşdırılmasının vacib olduğunu bildiirb:

“Qaz plitəsinin istiliyi və təzyiqi quraşdırıldığı otağın kvadrat metrinə uyğun olmalıdır. İki gözlü qaz plitəsi üçün otağın kvadratı minimum 8, 3 gözlü qaz plitəsi üçün 12, 4 gözlü qaz plitəsi üçün isə 15 kvadrat metr olmalıdır. Bunun səbəbi isə otaqdakı hava axınına nəzarətdir. Otaqda kifayət qədər hava olmalıdır. Əgər hava yoxdursa,  yanma prosesi pozulacaq və dəm qazı əmələ gələcək. Dəm qazı natamam yanma məhsuludur. Ona görə də qaz plitəsi olan otqada havalandırma sistemi güclü olmaldır. Ümumiyyətlə hamam otaqlarında olan “ İran peçi”  və “pitiminutka” deyilən cihazlardan istifadə yolverilməzdir. Əgər hamam otağına bu qurğular quraşdırılıbsa, mütləq şəkildə havalandırmaya diqqət edilməlidir”

Ekspert son olaraq tüstü bacalarının bəzi mənzillərdə düzgün quraşdırılmadığını bildirib:

“Evlərdə bacalar işlək vəziyyətdə olmalıdır.  Sadəcə bacanın çəkilməsi, hər şeyin qaydasında olduğu demək deyil. Bacanın sovurmaq qabiliyyəti nəzarətdə saxlanılmalıdır. Bu bacalarda olan balaca bir çat, zərər görmüş hissə və ya içinə məişət tullantısının düşməsi onu yararsız hala salır. Bəzən bu bacalar düzgün quraşdırılmır. Küləy axını istiqamətində baca quraşdırılmamalıdır. Belə olduqda bacadan ümumiyyətlə yanacaqda ayrılan tullantı qaz (tüstü) bayıra çıxa bilmir.  Bu zaman qaz evə dolur. Ona görə də bu məsələyə xüsusi diqqət göstərmək lazımdır”.

Fövqaladə Hallar Nazirliyindən (FHN) “Operativ Media”nın sorğusuna cavab olaraq bildirilib ki, havaların soyuması dəm qazı problemini aktuallaşdırıb:

“Havaların soyuması ilə qaz sobalarından istifadənin artması dəm qazı problemini aktuallaşdırır. Bu baxımdan əhalidən diqqətli olmaq, təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Qaz sobalarının istismarı ilə əlaqədar ilk növbədə onu qeyd etmək lazımdır ki, yalnız standartlara cavab verən və saz vəziyyətdə olan qaz cihazlarından istifadə olunmalı, onlara istehsalçı tələblərinə zidd, kustar üsullarla müdaxilə edilməməli, qaz sobaları və qaz xətlərinin təmiri və baxımı yalnız bu sahədə mütəxəssis olan şəxslər tərəfindən həyata keçirilməldir.

Bundan əlavə bacalar ildə ən azı iki dəfə təmizlənməlidir. Qaz sobaları işləyən otaqların hündürlüyü, ən azı 2 metr 20 sm olmalı, belə otaqlarda havaçəkən açıq olmalıdır. Xüsusilə qaz sobalarının işlədiyi hamam otaqlarında qapıların altında dəliklər olmalıdır, ventilyasiya sistemi çalışmalıdır”,- deyə FHN-dən bildirilib.

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır