Menyu

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Nərmin Qocamanlı
Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu gözlənilən əlverişsiz hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

"Operativ Media" müraciəti təqdim edir:

"Sinoptiklərin məlumatına əsasən, həftəsonu ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə oluna kəskin dəyişməsi, dağlıq ərazilərdə qar yağması gözlənilir.

Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, sürücülərdən sürət həddini minimuma endirməyi, hərəkət zamanı ara məsafəsini normadan artıq saxlamağı, küləkli günlərdə avtomobillərini aşma, qopma ehtimalı yüksək olan obyektlərdən kənarda saxlamağı, xüsusilə qoşqulu, tentli və uzun ölçülü yük avtomobillərinin iştirakı ilə baş verə biləcək qəzaların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmağı xahiş edir.

Həftəsonuna təsadüf edən qeyri-sabit hava şəraitinin səfərə hazırlaşan sürücülər üçün əlavə çətinliklər yaradacağını vurğulamaqla yanaşı, piyadaları da yollarda diqqətli olmağa çağırırıq".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər