25.Oktyabr.2024, 19:54
Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib
Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib şəkil
Qubadlı Şəhəri Günü münasibətilə silsilə tədbirlər keçirilib

25 Oktyabr - Qubadlı Şəhəri Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Şəhid ailələrinin üzvləri, hərbi qulluqçular, ictimaiyyət nümayəndələri və müharibə veteranlarının iştirak etdiyi tədbirlərdə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq Ali Baş komandanın rəhbərliyi altında həyata keçirilən əks-hücum əməliyyatları nəticəsində əldə etdiyimiz şanlı Zəfərin tarixi əhəmiyyətini, torpaqlarımızın işğaldan azad olunması naminə xalqımızın Vətən müharibəsində nümayiş etdirdiyi həmrəyliyi, dövlətimizin ətrafında sıx birləşməsini xüsusi vurğulayıb, eləcə də Qubadlının düşməndən azad edilməsinin strateji rolundan danışıblar.

Qeyd olunub ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları xalqımızın tarixi ənənələrinə verilən yüksək dəyərin göstəricisidir.

Tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzi, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi, eləcə də hərbi orkestrlərin ifasında vətənpərvərliyi tərənnüm etdirən musiqi nömrələri təqdim edilib.

Son xəbərlər
İsrail Dəməşqə 100-dən çox zərbə endirib
Rusiyada mənzildə baş verən yanğın nəticəsində 3 nəfər ölüb
ABŞ Almaniyada Ukrayna hərbçilərinə təlim keçir
Azərbaycanla Rusiya arasında Xəzər dənizi ilə bağlı görüş keçirilib
Avstriya Şengen zonasının genişlənməsinə qoyulan vetonu ləğv edib
Ərdoğan: Türkiyə hər zaman Suriyada sülhün, ədalətin və dialoqun tərəfdarı olub
Mirzoyan: Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesində irəliləyiş var
Suriya hökuməti istefa verməyə hazırdır