Menyu

Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Nərmin Qocamanlı
Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 20:00-a olan məlumatına əsasən  ölkə ərazisində yağıntılı hava şəraiti davam edir. 

"Operativ Media" xidmətə istinadən xəbər verir ki, hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.  
Havanın temperaturu 13 dərəcəyədək istidir. 

Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə  leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.
Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb. 

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27- si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər