Menyu

Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır

Nərmin Qocamanlı
Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır

Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 26-sı saat 23:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə arabir leysan xarakterli intensiv yağış yağır. 

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 6 mm,  Qubada 16 mm,  Qusarda 8 mm, Altıağac və Qaxda 7 mm, Şabranda 6 mm, Qobustanda 5 mm,  Şəkidə 4 mm olub.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, Qubanın dağlıq kəndlərinə və Şahdağa qar yağır. 

Şimal- qərb küləyi  Bakıda və Abşeron yarımadasında, Neftçalada 20 m/s-dək güclənib. 
Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3 metrə çatıb. 
Havanın  temperaturu Bakıda və Abşeron yarımadasında 12, Naxçıvan MR-da  və Aran rayonlarında 14 dərəcəyədək , dağlıq rayonlarda   2 dərəcəyədək  isti, yüksək dağlıq ərazilərdə isə 7 dərəcəyədək şaxta qeydə alınıb.

Teqlər:

"Quban\u0131n da\u011fl\u0131q k\u0259ndl\u0259rin\u0259 v\u0259 \u015eahda\u011fa qar ya\u011f\u0131r"

Əlaqəli Xəbərlər