Menyu

Qəbələdə avtomobil qəzası baş verib, 1 nəfər ölüb

Əsəd Abbaslı
Qəbələdə avtomobil qəzası baş verib, 1 nəfər ölüb

Oktyabrın 27-də saat 08 radələrində Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisində hərəkətdə olan “VAZ-2115” markalı avtomobil yolun kənarında dayanan “Ford” markalı avtomobilə dəyib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"a bildirilib ki, nəticədə “VAZ”-ın sürücüsü, 1988-ci il təvəllüdlü Kamil Ağaquluyev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini, 35 yaşlı Rusif Kərimov xəsarət alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər