2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib

Nərmin Qocamanlı
2024-2025-ci tədris ili üzrə 134 min uşaq birinci sinifə qəbul edilib

“Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığı təmin etmək əsas hədəflərimizdəndir. Prosesin şəffaf şəkildə həyata keçirilməsi üçün uşaqların birinci siniflərə qəbulu elektron qaydada aparılır. 2024-cü il 1 may-13 sentyabr tarixlərində uşaqların birinci sinfə qəbulu aparılıb. Bu dövrdə 134 000 nəfər məktəb yaşlı uşaq ümumi təhsil müəssisələrinin birinci sinfinə qəbul edilib. 

“Operativ Media” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində qeyd edib.

O bildirib ki,  93211 nəfər uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub:

82000 nəfər uşaq avtomatik olaraq məktəbəhazırlıq qrupundan, 50931 nəfəri isə  müvafiq sistem vasitəsilə sorğu verməklə qəbul olunub. 
Cari ildə 11 iyul- 27 sentyabr tarixləri arasında isə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu prosesi aparılıb. Həmin dövrdə 93211 nəfər uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub. 

Qeyd edək ki, məktəbəhazırlıq mərhələsi uşaqlarda oxumaq həvəsini, onların məktəbə müsbət emosional münasibətinin formalaşdırılmasını, məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasını və birinci sinfə adaptasiyasını təmin edir. Uşaqların məktəbəhazırlıq qruplarına ən azı 1 il getməsi məhz bu məqsədə çatmaq üçün zəruri addımlardan biridir.

Digər xəbərlər