Menyu

MÜTDA: 59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib

Nərmin Qocamanlı
MÜTDA: 59 direktora xəbərdarlıq, töhmət və şiddətli töhmət verilib
1 dəq oxu

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən 4 istiqamət üzrə yoxlama meyarları əsasında məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər keçirilib.

"Operativ Media" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, proses 145 müəssisənin 107-ni əhatə edib: “Müəssisələrdə təlim-tərbiyə prosesinin təşkili vəziyyəti, tədris-pedaqoji sənədlər, kadrlarla işin təşkili, maddi texniki baza və maliyyə-təsərrüfat sənədləri yoxlanılıb.

Nəticədə 125 qrup bağlanılıb, 5 müəssisə rəhbəri işdən çıxarılıb, 59 direktora xəbərdarlıq, töhmət, şiddətli töhmət verilib”.

Əlaqəli Xəbərlər