19 Noyabr 2024, 23:28
“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb
Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan “Bayraktar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatı (SİHA) qardaş ölkənin digər milli istehsalı olan “TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub.
“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb şəkil
“Bayraktar TB3” dünya aviasiya tarixində ilkə imza atıb

Bununla da “Bayraktar TB3” dünya aviasiya tarixində SİHA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirə bilib.

"Operativ Media" xəbər verir ki, “Bayraktar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli SİHA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5 700 kilometr məsafə qət edib.

“Bayraktar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən “Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib “ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.

Son xəbərlər
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb