03 Dekabr 2024, 18:02
Cənubi Koreya Prezidenti hərbi vəziyyət elan edib
Cənubi Koreya Prezidenti Yun Sok Yol ölkə ərazisində fövqəladə vəziyyət elan edib.
Cənubi Koreya Prezidenti hərbi vəziyyət elan edib şəkil
Cənubi Koreya Prezidenti hərbi vəziyyət elan edib

"Operativ Media" xəbər verir ki, bu barədə Prezident Yun Sok Yol xalqa müraciətində bildirib.

Cənubi Koreya Prezidenti azad ölkəni yenidən quracağını, hərbi vəziyyət vasitəsilə Şimali Koreya tərəfdarlarına qarşı mübarizə aparacağını bildirib.

O, ölkə müxalifətini parlamentə nəzarəti ələ keçirməkdə, hökumətin fəaliyyətini və ümumilikdə dövlət idarəçiliyini iflic etməkdə, o cümlədən Şimali Koreyaya açıq-aşkar rəğbət bəsləməkdə günahlandırıb.

Cənubi Koreya lideri bu qərarı həm də Konstitusiya quruluşunun müdafiəsi üçün zəruri addım adlandırıb.

Son xəbərlər
Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb
DTX tərəfindən çox sayda terrorçu saxlanılıb
Bəzi çaylarda sululuq artıb
AMB-nin bu günə olan valyuta məzənnələri
Hövsan qəsəbəsində Elmaz Hacıyev küçəsinin təmiri yekunlaşmaq üzrədir
Xırdalan şəhərində yol-nəqliyyat hadisəsi zamanı motosiklet yanıb
Bitkoinin qiyməti 2025-ci ilin rekord həddinə çatıb
XİN rəhbəri Ceyhun Bayramov Bəhreynə rəsmi səfərə yola düşüb