Tbilisidə növbəti aksiya keçirilir

Əsəd Abbaslı
Tbilisidə növbəti aksiya keçirilir
Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə növbəti mitinq keçirilir.

"Operativ Media" Gürcüstan mediasına istinadən xəbər verir ki, aksiyaya bir neçə yüz insan toplaşıb. 

Etirazçılar parlamentin qarşısındakı meydanı tamamilə zəbt ediblər və qanunverici orqanın yerləşdiyi Rustaveli prospektini də bağlayıblar. Onlar yenidən hökumətin istefasını və yeni parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Nümayişdə vəziyyət sakitdir. Əvvəlki günlərlə müqayisədə etirazçıların sayı xeyli azdır.

Digər xəbərlər