Bakıda kütləvi davada iştirak edən şəxslər saxlanılıb - VİDEO

admin
Bakıda kütləvi davada iştirak edən şəxslər saxlanılıb - VİDEO
Bakıda kütləvi davada iştirak edən şəxslər barəsində tədbir görülüb.

“Chevrolet” markalı avtomobilə qəsdən zərər vurulması və sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda Binəqədi Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.

Bu barədə Operativ Media-ya DİN mətbuat xidmətindən bildirilib.

Cari il fevralın 5-də paytaxtın Binəqədi rayonu  Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin aralarında yaranmış mübahisə zəminində ictimai qaydanı kobud surətdə pozaraq soyuq silah qismində istifadə etdikləri taxta parçaları ilə “Chevrolet” markalı avtomobili qəsdən vuraraq yararsız hala salmaları və həmin avtomobilin sürücüsünə hücum edərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri ilə bağlı məlumat əsasında rayon polis idarəsində xuliqanlıq maddəsilə cinayət işi başlanılıb.

Əməli törətməkdə şübhəli bilinən  Natiq Mustafakamalov, Vahid Cavadov,  Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar.

Toplanmış materiallar baxılması üçün məhkəməyə təqdim edilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər