Şəhərətrafı və şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılacaq
Bakıda şəhərətrafı və şəhərdaxili marşrutlar müsabiqəyə çıxarılacaq.
"Operativ Media" xəbər verir ki, bununla bağlı məsələ Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) şəhərlərarası və şəhərdaxili sərnişindaşıma ilə məşğul olan daşıyıcılarla görüş zamanı bildirilib.
Qeyd edilib ki, şəhərlərarası sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində hazırda 4 istiqamət üzrə 9 reys müsabiqəyə çıxarılıb. Növbəti mərhələdə şəhərətrafı və şəhərdaxili marşrutlarla bağlı da eyni addım atılacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net