Sabah metro gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Operativ Media
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Operativ Media səhmdar cəmiyyətindən məlumat verilib.
Bildirilib ki, "Ana harayı" abidəsinin yaxınlığında yerləşən "Xətai", eləcə də "Cəfər Cabbarlı" və "28 May" stansiyalarında nəzarət tədbirləri artırılacaq.
Stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq. Qatarların hərəkəti gün ərzində payız-qış mövsümünün iş günü qrafikinə uyğun təşkil olunacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net