Menyu

Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək - FOTO

Şəfa Hüseynli
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binası belə görünəcək - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 23 dekabr 2025-ci il tarixində təməli qoyulan Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasında tikinti işləri davam edir!

Operativ Media xəbər verir ki, ən müasir standartlara uyğun inşa edilən binada tələbələrin və akademik heyətin istifadəsinə veriləcək müasir auditoriyalar, laboratoriyalar, kitabxana və elmi-tədqiqat məkanları yaradılır. 

Gələcəyin mühəndislərinin yetişəcəyi bu müasir tədris binası tələbələrin nəzəri biliklərini möhkəmləndirməklə yanaşı, onların praktiki bacarıqlarının inkişafına və innovativ fəaliyyətlərinin genişləndirilməsinə mühüm töhfə verəcək, yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasına xidmət göstərəcək. 

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsində İstanbul Texniki Universiteti ilə ikili diplom proqramı çərçivəsində elektrik və elektronika mühəndisliyi, mexanika mühəndisliyi, kimya mühəndisliyi və inşaat mühəndisliyi ixtisasları üzrə dövlət hesabına tədris həyata keçiriləcək.

Tədris binasının cari ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər