Azərbaycanın qadın voleybolçuları Avropa çempionatına Yunanıstanda hazırlaşacaqlar
Operativ Media
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı Yunanıstanda davam etdirəcək.
Federasiyadan Operativ Media-ya bildirilib ki, komanda bu məqsədlə Afinaya yola düşüb.
İyulun 27-dən avqustun 1-nə kimi davam edəcək təlim-məşq toplanışı çərçivəsində Faiq Qarayevin baş məşqçisi olduğu yığmanın yoxlama oyunları keçirməsi də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunlarına ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milli komandaları mübarizə aparacaqlar. Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net