Menyu

"Zaqatala" baş məşqçisi Rüstəm Məmmədov ilə yolları ayırıb

Operativ Media
"Zaqatala" baş məşqçisi Rüstəm Məmmədov ilə yolları ayırıb
1 dəq oxu

​"Zaqatala" Peşəkar Futbol Klubu baş məşqçi Rüstəm Məmmədov ilə əməkdaşlığa son qoyub.

​Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təcrübəli mütəxəssis ilə sözləşmə müddəti başa çatıb və tərəflərin qarşılıqlı razılığı ilə müqavilə yenilənməyib.

​Klubda 9 il fəaliyyət göstərən mütəxəssisin rəhbərliyi altında komanda Azərbaycan I Liqasında gümüş və bürünc medallar qazanıb, həmçinin Heydər Əliyev Kubokunun bürünc mükafatçısı olub.

Əlaqəli Xəbərlər