Menyu

AGF ilə "Wrestling for Peace" arasında memorandum imzalandı

Operativ Media
AGF ilə "Wrestling for Peace" arasında memorandum imzalandı

Azərbaycan Güləş Federasiyası (AGF) ilə beynəlxalq “Wrestling for Peace” təşkilatı arasında əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən mətbuat konfransında ABŞ-ın Azərbaycandakı Səfirliyinin, “Wrestling for Peace” təşkilatının, eləcə də yerli və beynəlxalq idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Maykl Hekett, “Suples Training Systems” şirkətinin təsisçisi və prezidenti, dünya güləşinin tanınmış simalarından İvan İvanov, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev və “Wrestling for Peace” təşkilatının icraçı direktoru Den Rassel çıxış ediblər.

Çıxışlarda idmanın beynəlxalq əməkdaşlığın inkişafı, mədəniyyətlərarası dialoqun gücləndirilməsi və gənclərin inkişafındakı rolu xüsusi vurğulanıb. Onlar güləşin yalnız idman növü deyil, həm də dostluq, qarşılıqlı anlaşma və sülhün təşviqinə xidmət edən mühüm platforma olduğunu qeyd ediblər.

Mətbuat konfransı çərçivəsində Azərbaycan Güləş Federasiyası ilə “Wrestling for Peace” təşkilatı arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi AGF-nin baş katibi Pərvin Piriyev və təşkilatın icraçı direktoru Den Rassel imzalayıblar.

Memorandum iki qurum arasında uzunmüddətli əməkdaşlığın inkişafını, gənc idmançılar üçün yeni imkanların yaradılmasını, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsini, məşqçi və mütəxəssislərin birgə layihələrdə iştirakını, eləcə də güləş vasitəsilə sosial inkişaf və sülh təşəbbüslərinin təşviqini nəzərdə tutur.

Tədbir çərçivəsində “Suples Training Systems” şirkətinin təsisçisi İvan İvanov tərəfindən gənc idmançıların hazırlığına dəstək məqsədilə “Zəfər” Güləş Klubuna beynəlxalq səviyyədə tanınan üç ədəd “Bulgarian Bag” funksional məşq avadanlığı hədiyyə olunub.

Mətbuat konfransı media nümayəndələrinin suallarının cavablandırılması ilə başa çatıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər