Menyu

Mis filizləri və konsentratlarının ixrac həcmində ciddi artım qeydə alınıb

Operativ Media
Mis filizləri və konsentratlarının ixrac həcmində ciddi artım qeydə alınıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-iyun aylarında ölkədən 135,9 milyon ABŞ dolları dəyərində 62 min tondan çox mis filizləri və konsentratları ixrac edilib.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11 dəfə, həcm olaraq isə 7,5 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk altı ayında ölkədən dəyəri 1,885 milyard dollardan çox olan Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini təxminən 21 faiz üstələyir. Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 7,21 faizə bərabər olub.



Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər