"Sabah"ın hücumçusu Aaron Maluda "Bazel" klubuna transfer olunur
Operativ Media
Azərbaycanın "Sabah" klubunda çıxış edən fransalı vinger Aaron Maluda karyerasını İsveçrə təmsilçisi "Bazel"də davam etdirməyə yaxındır.
Operativ Media xəbər verir ki, bu barədə Fransanın "L'Équipe" nəşri məlumat yayıb.
Məlumata görə, tərəflər 20 yaşlı hücumçunun keçidi üzrə 3 milyon avroluq transfer məbləğində tam razılıq əldə ediblər.
Qeyd olunub ki, Fransanın "Lill" klubuna məxsus olan sağ vinger ötən yay icarə əsasında "Sabah"a yollanıb, cari ilin yanvar ayında isə paytaxt klubu ilə tamhüquqlu müqavilə imzalayıb.
Fransanın U-19 milli komandasının heyətində 5 matçda forma geyinmiş gənc futbolçu ölkəmizdə uğurlu mövsüm keçirib. O, "Sabah"ın heyətində meydana çıxdığı 29 qarşılaşmada 9 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net