"Arsenal" Bruno Gimaraesin transferi üçün "Nyukasl"la razılıq əldə edib
"Arsenal" "Nyukasl"ın və Braziliya milli komandasının yarımmüdafiəçisi Bruno Gimaraesin keçidi ilə bağlı razılığa gəlib.
Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Məlumata görə, London klubu 28 yaşlı futbolçu üçün təxminən 90 milyon avro ödəyəcək. Şəxsi müqavilə şərtlərini artıq razılaşdıran braziliyalı oyunçunun "topçular"la 5 illik sözləşmə imzalayacağı bildirilir.
"Nyukasl" bu transferdən 100 milyon avro qazanmaq istəsə də, "Arsenal" qiyməti endirməyə müvəffəq olub. Tərəflər arasında sadəcə bonuslar və agent ödənişləri kimi bəzi təfərrüatların dəqiqləşdirilməsi qalıb.
Qeyd edək ki, 2022-ci ildən "Nyukasl"da çıxış edən Gimaraesin klubu ilə mövcud müqaviləsi 2028-ci il iyunun 30-dək nəzərdə tutulub. Yarımmüdafiəçi 2025/2026-cı illər mövsümündə keçirdiyi 41 matçda 9 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.