Bloger Hüseyn Həsənov həbs oluna bilər
Operativ Media
Rusiyada prokuror bloger Hüseyn Həsənovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Operativ Media xəbər verir ki, bu barədə Həsənovun vəkili Mixail Yusupov "REN TV"yə bildirib.
İttihama görə, bloger 170 milyon rubldan (təxminən 2,1 milyon dollar) artıq məbləğdə vergidən yayınıb və daha sonra daşınmaz əmlak alqı-satqısı yolu ilə həmin vəsaitin bir hissəsini leqallaşdırıb.
Hüseyn Həsənov ittihamları qəbul etmir. O, daha əvvəl vergi borcunu ödədiyini və məhkəmədə maraqlarını vəkillərinin müdafiə etdiyini açıqlayıb.
Qeyd edək ki, Həsənov 2025-ci ilin yazında qiyabi həbs edilərək beynəlxalq axtarışa verilib. İstintaqın məlumatına görə, o, həmin ilin fevralında Rusiyanı tərk edib. KİV-in iddiasına əsasən, bloger hazırda Azərbaycanda və ya BƏƏ-də ola bilər.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net