Türkiyədə meşə yanğınları iıə bağlı son vəziyyət açıqlanıb
Nicat Hüseynli
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ölkədə davam edən meşə yanğınları ilə bağlı son vəziyyəti açıqlayıb.
Operativ Media xəbər verir ki, bu barədə İbrahim Yumaklı sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Antalya/Alanya Tepe məhəlləsi, Kocaeli/Dilovası və Balıkesir Mərmərə adasındakı meşə yanğınlarının tamamilə, İzmir/Buca yanğınının isə böyük ölçüdə nəzarət altına alınıb.
"Meşə yanğınlarının tam söndürülməsi üçün hava və quru qüvvələrinin iştirakı ilə fasiləsiz mübarizə davam etdirilir", - deyə o, qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net