Menyu

"Sabah" İngiltərə klubundan futbolçu transfer etdi

Operativ Media
"Sabah" İngiltərə klubundan futbolçu transfer etdi
1 dəq oxu

"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, nigeriyalı vinger Kristian Nvaçukvu bundan sonra "bayquşlar"ın uğurları üçün çalışacaq. 20 yaşlı futbolçu İngiltərənin "Şeffild Yunayted" klubundan transfer edilib. Nvaçukvu ilə müqavilənin müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulub. 

Futbolçu karyerası ərzində Bolqarıstanın "Botev Plovdiv" (2024/25) və Türkiyənin "Serikspor" (2026) komandalarında çıxış edib.

Əlaqəli Xəbərlər