Menyu

"Real Madrid" Vinisius Juniora illik 22 milyon avroluq yeni müqavilə təklif edib

Operativ Media
"Real Madrid" Vinisius Juniora illik 22 milyon avroluq yeni müqavilə təklif edib

İspaniyanın "Real Madrid" klubu Braziliya milli komandasının hücumçusu Vinisius Juniora illik əməkhaqqısı 22 milyon avro olan yeni sözləşmə təklif edib.

​Operativ Media xəbər verir ki, bu barədə "ESPN" telekanalı məlumat yayıb.

​Mənbənin iddialarına əsasən, 26 yaşlı braziliyalı futbolçu ildə təxminən 30 milyon avro qazanmaq niyyətindədir. Hücumçu bu müqavilənin karyerasında sonuncu böyük müqavilə olacağını düşünür və tələb etdiyi məbləğin klubun uğurlarındakı payına tam uyğun gəldiyinə inanır.

​2018-ci ilin yayından Madrid təmsilçisinin şərəfini qoruyan Vinisiusun klubla mövcud müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun transfer dəyərini 140 milyon avro həcmində qiymətləndirir.

​Qeyd edək ki, Vinisius Junior 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla çıxış etdiyi 53 matçda 22 qol vurub və 14 məhsuldar ötürmə edib. O, DÇ-2026-da isə meydana çıxdığı 5 qarşılaşmada 4 dəfə fərqlənib, 1 qol ötürməsi verib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər