Menyu

PSJ yapon qapıçı üçün 40 milyon avroluq transferə hazırlaşır

Operativ Media
PSJ yapon qapıçı üçün 40 milyon avroluq transferə hazırlaşır
1 dəq oxu

Fransanın PSJ klubu "Parma"nın yaponiyalı qapıçısı Jion Suzukini transfer etmək üçün İtaliya təmsilçisinə yeni təklif təqdim etməyə hazırlaşır.

​Operativ Media xəbər verir ki, bu barədə jurnalist Nikola Skira "X" sosial şəbəkə hesabında paylaşım edib.

​Məlumata görə, 23 yaşlı qolkiperin özü Paris klubu ilə 5 illik müqavilə şərtlərində prinsipial razılıq əldə edib. İtaliya təmsilçisi isə bu keçid müqabilində 40 milyon avro tələb edir.

​Yaponiyalı futbolçunun "Parma" ilə mövcud sözləşməsinin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı oyunçunun bozor dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

​Qeyd olunub ki, Suzuki ötən mövsüm iştirak etdiyi 22 matçda qapısından 30 top buraxıb, 6 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb. O, DÇ-2026 çərçivəsində keçirdiyi 4 oyunda isə 5 qol buraxıb.

Əlaqəli Xəbərlər