Menyu

Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılıb

Operativ Media
 Lənkəran, Şirvan və Yevlaxda güzəştli mənzillər satışa çıxarılıb

Azərbaycan Respublikası ​Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Lənkəran, Şirvan və Yexlax şəhərlərində inşa etdiyi yaşayış kompleklərindəki güzəştli mənzilləri satışa çıxarır.

Operativ Media xəbər verir ki, bu barədə MİDA məlumat yayıb.

Bildirilib ki, Lənkəran şəhəri, Akademik Zərifə Əliyeva küçəsi, 303 ünvanında yerləşən Lənkəran Yaşayış Kompleksi üzrə 1 mənzilin, Şirvan şəhəri, Naxçıvan küçəsi, 58A ünvanında yerləşən Şirvan Yaşayış Kompleksi üzrə 528 mənzilin, Yevlax şəhəri, Rəşad Budaqov küçəsi, 1 ünvanında yerləşən Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzilin, ümumilikdə 535 mənzilin satışı 4 sentyabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcəkdir.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi 4 sentyabr 2026-cı il tarixində saat 12:00-da başlayacaq və 4 sentyabr 2026-cı il tarixi saat 16:00-dək davam edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzillərin seçimində bərabər hüquqa malikdir.

Satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzil olmaqla, ümumilikdə 535 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Lənkəran Yaşayış Kompleksi üzrə 4 otaqlı mənzilin qiyməti – 108 870 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə 2 otaqlı mənzillərin qiyməti – 54 815 manat, 3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır, 4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.

Yevlax Yaşayış Kompleksi üzrə 2 otaqlı mənzilin qiyməti – 62 035 manat, 3 otaqlı mənzilin qiyməti – 73 910 manat, 4 otaqlı mənzillərin qiyməti – 103 740 manatdır.


 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər