Menyu

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb

Operativ Media
Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb
1 dəq oxu

Avqustun 3-də ölkə ərazisində qeydə alınan 26, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-nin mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 109, o cümlədən borclu şəxs qismində axtarışda olan 85 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər