Menyu

Nəriman Axundzadə Türkiyə klubuna keçdi

Operativ Media
Nəriman Axundzadə Türkiyə klubuna keçdi
1 dəq oxu

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadə karyerasını Türkiyə Superliqası təmsilçisi "Ərzurumspor"da davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı hücumçu ilə ilkin razılıq əldə olunub. Futbolçu Türkiyəyə gəldikdən və tibbi müayinədən uğurla keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Nəriman Axundzadə bu ilin fevral ayında ABŞ-nin "Kolambus Kryu" klubuna transfer olunub. O, MLS təmsilçisinin heyətində fərqlənə bilməyib.

Əlaqəli Xəbərlər