Menyu

"Bavariya" dörd futbolçu ilə yollarını ayırır

Operativ Media
"Bavariya" dörd futbolçu ilə yollarını ayırır
1 dəq oxu

Almaniyanın "Bavariya" klubu dörd futbolçusunun adını rəsmi internet resursundan çıxararaq onlarla yolları ayırmaq qərarına gəlib.

​Operativ Media xəbər verir ki, Minxen təmsilçisi Joau Palinya, Saşa Boe, Brayan Saraqosa və Armindo Zibin profillərini klubun saytından silib.

​"Bild" nəşrinin yaydığı məlumata görə, klub rəhbərliyi adıçəkilən oyunçuların artıq komandanın gələcək planlarına daxil edilmədiyini onların diqqətinə çatdırıb.

​Qeyd olunub ki, ötən mövsüm bu futbolçuların hamısı icarə əsasında başqa klublarda çıxış ediblər. Belə ki, Palinya "Tottenhem"də, Boe "Qalatasaray"da, Saraqosa "Selta"da, Zib isə "Mayns"da forma geyinib.

Əlaqəli Xəbərlər