"Liverpul" və PSJ Bredli Barkolanın transferi üçün rəsmi danışıqlara başlayıb
İngiltərənin "Liverpul" klubu PSJ-nin hücumçusu Bredli Barkolanın keçidi ilə bağlı Fransa təmsilçisi ilə rəsmi danışıqlara start verib.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Mersisayd təmsilçisi 23 yaşlı futbolçu üçün 100 milyon avrodan bir qədər artıq təklif irəli sürsə də, bu məbləğ Paris klubunun tələblərini qarşılamayıb.
Daha əvvəl jurnalist Nikola Skira PSJ-nin Barkolanı təxminən 170 milyon avro dəyərində qiymətləndirdiyini bəyan etmişdi. Onun məlumatına əsasən, "Liverpul" hücumçunun özü ilə şəxsi müqavilə şərtlərini artıq razılaşdırıb.
Qeyd edək ki, 2023-cü ildən Paris təmsilçisinin şərəfini qoruyan Barkolanın klubla mövcud müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub. O, 2025/2026 mövsümündə keçirdiyi 49 matçda 13 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.