Menyu

Ceyhun Bayramov: Azərbaycanda hazırda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib

Nərmin Qocamanlı
Ceyhun Bayramov: Azərbaycanda hazırda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib

"Gələn il Azərbaycan ilə İsveçrə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi qeyd olunacaq. Düşünürük ki, ötən dövr ərzində ikitərəfli münasibətlər uğurla inkişaf edib. İqtisadi əməkdaşlıq sahəsində də müsbət dinamika müşahidə olunur. Hazırda iki ölkə arasında 25 sənəd qüvvədədir, eyni zamanda yeni sənədlər üzərində iş aparılır. Yaxın zamanda bu istiqamətdə əlavə razılaşmaların əldə olunacağı gözlənilir".

Operativ Media xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in sədri İqnasio Kassis ilə birgə mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycanda hazırda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib.

Onun sözlərinə görə, son 30 ildə İsveçrədən Azərbaycana 1.6 milyard, Azərbaycandan İsveçrəyə isə 2.3 milyard dollarlıq investisiya yatırılıb.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər