Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Nərmin Qocamanlı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ATƏT sədrini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
Operativ Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə brifinqdə deyib.
"Bu gün biz Azərbaycan-İsveçrə münasibətlərini, İsveçrənin ATƏT-ə sədrliyi məsələsini, Azərbaycan-ATƏT münasibətlərini, eyni zamanda Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdik.
İki ölkə arasındakı siyasi məsləhətləşmələrin davamlı şəkildə aparılmasının vacibliyini vurğuladıq", - nazir qeyd edib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma