Menyu

Avtopilot sistemləri nə dərəcədə etibarlıdır?

Ayşən Sadıxzadə
Avtopilot sistemləri nə dərəcədə etibarlıdır?

Avtopilot və distronik sistemləri müasir avtomobillərdə sürücünün işini asanlaşdıran ən faydalı texnologiyalardan hesab olunur. Bu sistemlər xüsusilə magistral yollarda hərəkət zamanı həm rahatlığı, həm də təhlükəsizliyi artırır.

Bu sözləri Operativ Media-ya avtomobil ustası Sahil Ağabəyli deyib. 

O bildirib ki, distronik sistemi avtomobilin qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini avtomatik qoruyur. Sürücü avtopilotu aktiv etdikdə sistem yol şəraitinə uyğun olaraq sürəti özü tənzimləyir. Qarşıdakı avtomobil sürətini azaltdıqda və ya dayandıqda, avtomobil də sürətini azaldır, lazım gələrsə tam dayanır. Yol açıldıqda isə yenidən hərəkətini davam etdirir:

“Yeni nəsil avtomobillərdə bu sistemlər daha təkmil işləyir. Distronik funksiyası olan modellərdə avtopilot daha dəqiq və təhlükəsiz fəaliyyət göstərir. Köhnə nəsil avtomobillərdə də bu cür sistemlər mövcud ola bilər, lakin onların imkanları yeni modellərlə müqayisədə daha məhduddur.

Bu texnologiyalar uzun məsafəli səfərlər zamanı sürücünün yorğunluğunu azaldır, avtomobilin hərəkətini daha rahat idarə etməyə kömək edir və düzgün istifadə edildikdə yanacaq sərfiyyatının optimallaşdırılmasına da müsbət təsir göstərə bilər. Bununla belə, avtopilot sürücünü tam əvəz etmir. Sükan arxasında olan şəxs hər zaman diqqətli olmalı, sistemi nəzarətdə saxlamalı və lazım gəldikdə idarəetməni öz üzərinə götürməlidir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər