Menyu

FHN yaşayış binasında təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin istismarını dayandırıb

Operativ Media
FHN yaşayış binasında təhlükəsizlik tələblərinə cavab verməyən liftlərin istismarını dayandırıb

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu barədə Operativ Media FHN-nə istinadən xəbər verir.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə, ev 55A ünvanında yerləşən “Çarbağ” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftlərində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftlərin müvafiq təhlükəsizlik tələblərinə cavab vermədiyindən insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınaraq, liftlərin istismarı dayandırılıb və texniki təhlükəsizliklə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması üçün “Çarbağ” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin, müvafiq akt tərtib edilərək, yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftlərin istismarının mümkün olacağı, həmçinin sözügedən qurğuların müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə MMC-nin hüquqi məsuliyyət daşıdığı müəssisənin nümayəndəsinə izah olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər