Menyu

AFFA-da klub rəhbərləri və maliyyə menecerləri ilə görüş keçirilib

Operativ Media
AFFA-da klub rəhbərləri və maliyyə menecerləri ilə görüş keçirilib

6 avqust 2026-cı il tarixində AFFA rəsmiləri, Misli Premyer Liqasında çıxış edən klubların rəhbərləri və maliyyə menecerlərinin iştirakı ilə görüş keçirilib.

Operativ Media xəbər verir ki, görüş zamanı 2026/2027-ci illər mövsümünə hazırlıq prosesi, eləcə də klublara ayrılan qrant vəsaitlərinin istifadəsi ilə bağlı məsələlər müzakirə olunub. AFFA nümayəndələri tərəfindən yeni mövsüm üzrə qrant müqaviləsi çərçivəsində uşaq və yeniyetmə futbolunun inkişafı məqsədilə ayrılan maliyyə vəsaitlərinin istifadə qaydaları, xərc istiqamətləri, həmçinin maliyyə hesabatlılığı ilə bağlı tələblər klub nümayəndələrinin diqqətinə çatdırılıb.

Bununla yanaşı, qrant vəsaitlərinin daha səmərəli və məqsədyönlü istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb, klub nümayəndələrinin təklif və rəyləri dinlənilib.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər