Menyu

Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gəlib

Operativ Media
Ceyhun Bayramov Ukraynanın İrpen şəhərinə gəlib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində İrpin şəhərində olub.

Operativ Media xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramov və onun rəhbərlik etdiyi nümayəndə heyəti İrpin şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilmiş akademik Zərifə Əliyeva adına Liseyi və şəhər poliklinikası ilə tanışlıq olub. Müharibə nəticəsində ciddi dağıntılara məruz qalmış İrpin şəhərində həyata keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın və bərpa prosesinə verdiyi töhfənin mühüm nümunələrindəndir.

Daha Azərbaycan hökumətinin dəstəyi ilə İrpində həyata keçirilməsi planlaşdırılan mədəniyyət mərkəzinin bərpası layihəsi ilə tanışlıq həyata keçirilib.

Qeyd edək ki, İrpin şəhəri son illər Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq münasibətlərinin və humanitar əməkdaşlığın bariz nümunəsinə çevrilib. Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhərlər əlaqələrinə malik İrpin şəhərində akademik Zərifə Əliyevanın adını daşıyan park, küçə və lisey fəaliyyət göstərir, liseydə Azərbaycan dili tədris olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər