Menyu

Zelenski Azərbaycana təşəkkür edib - YENİLƏNİB

Operativ Media
Zelenski Azərbaycana təşəkkür edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynaya rəsmi səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir  Zelenski ərəfindən qəbul edilib.

Operativ Media xəbər verir ki, bu barədə Ceyhun Bayramov "X" hesabında paylaşım edib.

Görüşdə Azərbaycan–Ukrayna strateji tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri ətraflı müzakirə olunub. Tərəflər siyasi dialoq, enerji, nəqliyyat, humanitar əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunublar.

Ceyhun Bayramov Prezident Zelenskini Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət, sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlər və Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri barədə məlumatlandırıb.

Nazir, həmçinin Prezident Zelenskinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımı yüksək qiymətləndirdiyini və Prezident Ilham Aliyevə davamlı dəstəyə görə təşəkkürünü ifadə etdiyini bildirib.

20:30

Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Kiyevdə qəbul edib və onunla müdafiə və iqtisadi əməkdaşlığı müzakirə edib.

Operativ Media xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında bildirib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etdim. Cənab nazir Rusiyanın işğalı başlayandan bəri Ukraynaya ilk dəfədir səfər edir. O, səfərinə Azərbaycanın yardım göstərdiyi məktəbi, xəstəxananı və reabilitasiya mərkəzini ziyarət etdiyi İrpendən başlayıb. Ölkəmiz və xalqımız üçün bu çətin günlərdə buraya gəlməyə və bizi dəstəkləməyə imkan tapdığınıza görə çox minnətdarıq. Ukrayna xalqı ilə həmrəyliyə görə təşəkkür edirəm", - o yazıb.

Zelenski Bayramovu Rusiyanın Ukraynaya davam edən zərbələri, Qara dənizdəki vəziyyət və Rusiyanın taxıl dəhlizlərini bloklaması barədə məlumat verdiyini bildirib.

Tərəflər yüksək səviyyəli diplomatik təmasları, müdafiə əməkdaşlığını, eləcə də energetika, neft-qaz və kənd təsərrüfatı sahəsində iqtisadi qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

"Ukraynaya verdiyi dəstəyə, enerji və humanitar yardıma, həmçinin konstruktiv dialoqa görə Azərbaycana minnətdaram", - Zelenski deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər