Almaniyada İraq vətəndaşları terror şübhəsi ilə saxlanılıb
Operativ Media
Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində iki İraq vətəndaşı terror təşkilatı İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılıb.
Operativ Media xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Məlumata görə, Hökster və Bottrop şəhərlərində saxlanılan 29 və 46 yaşlı şəxslər xarici terror təşkilatına üzv olmaqda ittiham olunurlar.
İstintaq onların 2015-ci ilin ortalarından 2016-cı ilin sonunadək İŞİD sıralarında döyüşdüyünü ehtimal edir.
Digər bir məlumata görə, əməliyyat çərçivəsində 29 yaşlı bir qadın da saxlanılıb.
Qeyd edilib ki, hazırda Almaniyada planlaşdırılan hər hansı terror aktına dair məlumat yoxdur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net