Menyu

Azərbaycan cüdoçularına dünya çempionatı öncəsi seminar keçirildi

Operativ Media
Azərbaycan cüdoçularına dünya çempionatı öncəsi seminar keçirildi

Cüdo üzrə milli komandaların Təlim-Məşq Mərkəzində dünya çempionatı ərəfəsində yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvləri üçün seminar keçirilib.

Operativ Media xəbər verir ki, Sşseminara Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri, Hakimlər Komitəsinin sədri Natiq Bağırov rəhbərlik edib. Məşğələdə yığmanın məşqçilər korpusunun üzvləri də iştirak ediblər.

Seminarın əsas məqsədi idmançıları cüdoda tətbiq olunan son yeniliklər barədə məlumatlandırmaq, yarış zamanı qarşılaşa biləcəkləri müxtəlif epizodlar üzrə hakimlik meyarlarını izah etmək olub. Natiq Bağırov qaydalardakı yeniliklər, onların praktiki tətbiqi və ayrı-ayrı vəziyyətlərin qiymətləndirilməsi ilə bağlı ətraflı məlumat verib.

Məşğələ zamanı müxtəlif yarış epizodları təhlil olunub, idmançı və məşqçiləri maraqlandıran suallar cavablandırılıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər