Menyu

"Qarabağ"a qol vuran Ponomarenko: Bakıya qələbə üçün gələcəyik

Operativ Media
"Qarabağ"a qol vuran Ponomarenko: Bakıya qələbə üçün gələcəyik

Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenko Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəldikləri görüş barədə təəssüratlarını bölüşüb.

​Operativ Media xəbər verir ki, matçın yeganə qolunun müəllifi olan forvard komandasının qələbə qazanmasına baxmayaraq, oyunda səhvlərin olduğunu bildirib.

​Ponomarenko topa daha çox nəzarət etməli olduqlarını və növbəti matçlara bu istiqamətdə hazırlaşacaqlarını vurğulayıb. O, Bakıdakı cavab qarşılaşmasında da uğurlu nəticə göstərərək mərhələ adlamaq istədiklərini diqqətə çatdırıb.

​Fərqləndiyi epizodu şərh edən hücumçu meydanın mərkəzində topu ələ keçirdikdən sonra sürətli hücum imkanını gördüyünü və komanda yoldaşı Castin Lonvekin mübarizəsindən sonra topu torla görüşdürdüyünü qeyd edib. Uğursuz seriyasını qırdığını bildirən Ponomarenko növbəti oyunlarda da qollar vurmağa davam edəcəyinə ümid etdiyini vurğulayıb.

​O, həmçinin qarşılaşmanın yekun fitindən sonra İqor Kostyukla söhbətindən danışaraq, mütəxəssisin onu qələbə qolu münasibətilə təbrik etdiyini və oyuna görə təşəkkür bildirdiyini deyib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər