Menyu

"Azəristiliktəchizat" istilik mövsümü ilə bağlı sakinlərə müraciət edib

Operativ Media
"Azəristiliktəchizat" istilik mövsümü ilə bağlı sakinlərə müraciət edib

"Azəristiliktəchizat" ASC 2026–2027-ci il istilik mövsümünə hazırlıqla əlaqədar sakinlərə müraciət edib.

Operativ Media xəbər verir ki, qurumdan 2026–2027-ci il istilik mövsümünə hazırlıq işləri çərçivəsində istilik təchizatı sisteminə müntəzəm olaraq yoxlama (sınaq) suyu verilir və sistemin texniki vəziyyətinin yoxlanılması həyata keçirildiyi bildirilib.

"Bununla əlaqədar olaraq, istehlakçılardan mənzillərində istilik sistemi ilə bağlı aparılan təmir, quraşdırma və ya dəyişiklik işlərini qısa müddətdə yekunlaşdırmağı, radiatorların, boru xətlərinin və istilik avadanlıqlarının tam hazır vəziyyətdə olmasını təmin etməyi xahiş edirik.

Vaxtında görüləcək hazırlıq işləri istilik mövsümü ərzində sistemin təhlükəsiz, etibarlı və fasiləsiz fəaliyyətinin təmin edilməsinə, həmçinin mümkün qəza hallarının qarşısının alınmasına xidmət edəcək," - deyə səhmdar cəmiyyətinin müraciətində qeyd olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər