Menyu

“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

Operativ Media
“Biletim.az” portalı üzərindən onlayn bilet alanların sayı 2 dəfəyədək artıb

2026-cı ilin yanvar-iyul ayları ərzində “biletim.az” portalı vasitəsilə onlayn qaydada 700 598 bilet əldə edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfəyədək çoxdur. 

Operativ Media xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bu ilin 7 ayı ərzində onlayn bilet satışının həcmi də artaraq 42%-ə yüksəlib. Ötən ilin müvafiq dövründə bu göstərici 27,4% olub. 

2025-ci ilin yanvar-iyul ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 35% idisə, cari ilin müvafiq dövründə bu göstərici 48%-ə yüksəlib. 

Bu artımlar sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Qeyd edək ki, “biletim.az” portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 372 reys olmaqla 420 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər