Menyu

Regionlarda məşğulluq problemi: Hansı sahələrə investisiya qoyulmalıdır?

Ayşən Sadıxzadə
Regionlarda məşğulluq problemi: Hansı sahələrə investisiya qoyulmalıdır?

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı və əhalinin bölgələrdə məskunlaşmasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Lakin əmək bazarında mövcud imkanların paytaxtla regionlar arasında fərqlənməsi əhalinin iş və daha yüksək gəlir əldə etmək məqsədilə Bakı şəhərinə üz tutmasına səbəb olan əsas amillərdəndir. Bu baxımdan regionlarda yalnız infrastrukturun inkişaf etdirilməsi deyil, eyni zamanda dayanıqlı və gəlirli məşğulluq imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır.

Bəs regionlardan paytaxta əmək miqrasiyasını azaltmaq üçün hansı sahələrə investisiya qoyulmalıdır? Bölgələrdə yeni məşğulluq modellərinin tətbiqi necə həyata keçirilməli və hansı sektorlar daha çox iş yeri yaratmaq potensialına malikdir?

Mövzu ilə bağlı Operativ Media-ya deputat Vüqar Bayramov danışıb. 

O bildirib ki, regionların inkişafının təşviqi və əhalinin bölgələrdə məskunlaşmasının təmin olunması üçün əsas istiqamətlərdən biri yeni iş yerlərinin yaradılmasıdır. Təcrübə göstərir ki, bölgələrdə dayanıqlı məşğulluğun təmin edilməsi iri şəhərlərlə regionlar arasında yaşayış və məskunlaşma baxımından fərqin azalmasına əhəmiyyətli təsir göstərir:

“Azərbaycanda artıq bölgələrdə müasir infrastrukturun formalaşdırılması və fasiləsiz kommunal xidmətlərin təmin olunması istiqamətində mühüm işlər görülüb. Bu baxımdan hazırda mövcud infrastrukturun iqtisadi dəyərə çevrilməsi, yeni müəssisələrin yaradılması və iş yerlərinin təşviq edilməsi əsas prioritetlərdən biri olmalıdır.

Xüsusilə turizm, xidmət sektoru, qida sənayesi və digər perspektivli sahələrdə dövlət və biznes arasında əməkdaşlığın gücləndirilməsi, sahibkarlara daha geniş dəstəyin göstərilməsi və yeni iş yerlərinin yaradılması vacibdir. Sahibkarlığın İnkişafı Fondu tərəfindən bölgələrdə fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin təqdim edilməsi də bu baxımdan əhəmiyyətlidir. Bununla yanaşı, güzəştli kredit portfelinin genişləndirilməsinə və daha çox sahibkarın maliyyə imkanlarına çıxışının təmin edilməsinə ehtiyac var.

Eyni zamanda hər bir region üçün prioritet və müqayisəli üstünlüyə malik sektorlar müəyyənləşdirilməli, həmin istiqamətlərdə fəaliyyət göstərən sahibkarların dəstəklənməsi gücləndirilməlidir. Çünki bölgələrdə yeni iş yerlərinin əsasən özəl sektor hesabına yaradılması və məşğulluqda özəl sektorun payının artırılması mühüm məsələlərdəndir.

Nəticə etibarilə, rayon və şəhərlərdə daha çox iş yerlərinin yaradılması, xüsusilə iqtisadi fəal əhalinin və peşəkar kadrların regionlarda işlə təmin olunması paytaxtla bölgələr arasında sosial-iqtisadi fərqin azalmasına, bölgələrdə yaşayışın və məskunlaşmanın daha da stimullaşdırılmasına şərait yarada bilər”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər