Menyu

“Neftçi”də yeni transferlər gözlənilir: Vernidubdan açıqlama

Operativ Media
“Neftçi”də yeni transferlər gözlənilir: Vernidubdan açıqlama

Yuri Vernidub komandanın transfer çalışmaları və yeni oyunçu axtarışları haqqında danışıb.

​Operativ Media xəbər verir ki, bunu “Neftçi”nin baş məşqçisi Yuri Vernidub klubun rəsmi TV kanalına müsahibəsində bildirib.

​Təcrübəli mütəxəssis transfer pəncərəsində təlaşa düşmədən, komandaya real fayda verəcək yüksək səviyyəli futbolçuların axtarışında olduqlarını diqqətə çatdırıb:

​“Məqsədimiz transfer xətrinə transfer etmək deyil, komandaya real fayda verəcək yüksək səviyyəli futbolçular tapmaqdır. Buna görə də axtarışlarımız davam edir, hələ vaxtımız var. Skaut qrupumuz tərəfindən çoxlu oyunçu təklif olunur və hər birini diqqətlə dəyərləndiririk. İş prinsipimizi bir qədər dəyişmişik: artıq təkcə futbolçunun keyfiyyətini deyil, onun Azərbaycana gəlməyə hazır olub-olmadığını da müəyyənləşdiririk”.

​Vernidub transfer prosesində qarşılaşdıqları maliyyə çətinliklərinə və aparılan gündəlik təhlillərə də toxunub:

​“İstəmək başqa məsələdir, istədiyin futbolçunu transfer etmək isə tamam başqa. Maliyyə şərtləri və futbolçuların transfer tələbləri bir çox hallarda həddindən artıq yüksək olur. Buna görə hər addımı diqqətlə düşünürük. Elə bir gün olmur ki, skautların təqdim etdiyi yeni namizədləri izləməyək. Təlaşlanmağa ehtiyac yoxdur. Ümid edirəm ki, xarakter, oyun keyfiyyəti və komandaya uyğunluq baxımından məhz bizə lazım olan oyunçuları heyətimizə qatacağıq”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər