Paşinyan Trampa zəng edib, TRIPP müzakirə olunub
Ermənistanın Baş naziri Nikol Paşinyanla ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub.
Operativ Media xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat xidməti yayıb.
Paşinyan 2025-ci il avqustun 8-də Vaşinqtonda Ağ Evdə Sülh Sammitini təşkil etdiyinə və Ermənistanla Azərbaycan liderlərinin qəbul etdiyi Sülh Bəyannaməsini şahid qismində imzaladığına görə Trampa təşəkkür edib.
O, Trampın regionda sülhün bərqərar olunması istiqamətində şəxsi səylərinin mühüm rol oynadığını vurğulayıb.
Tərəflər Vaşinqton Sülh Sammitinin Ermənistan və Azərbaycan arasında real sülhün təmin olunmasına töhfə verdiyini qeyd ediblər.
Telefon danışığı zamanı TRIPP layihəsinin icrasının hazırkı vəziyyəti də müzakirə olunub. Paşinyan və Tramp layihə çərçivəsində tikinti işlərinə yaxın gələcəkdə başlanılması əzmində olduqlarını təsdiqləyiblər.
Həmçinin Ermənistan-ABŞ ikitərəfli münasibətləri və beynəlxalq gündəmin digər məsələləri ətrafında fikir mübadiləsi aparılıb.