Menyu

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib

Operativ Media
İmişlidə yol-nəqliyyat hadisəsi baş verib

İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Operativ Media xəbər verir ki, hadisə ötən gecə şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan üç nəfər (bir kişi , iki qadın) avqustun 7-də saat 23:50-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Onlara qapalı kəllə-beyin travması, alının sağ qaş nahiyəsinin əzilmiş, cızılmış yarası, hər iki aşağı ətrafın sıyrılmış yarası, qarının küt travması diaqnozları təyin olunub. 2011-ci il təvəllüdlü (qadın) və 1989-cu il təvəllüdlü (kişi) şəxslərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.

Vəziyyəti orta ağır qiymətləndirilən 1986-cı il təvəllüdlü (qadın) pasiyent isə ilkin tibbi yardım göstərildikdən sonra avqustun 8-də Sabunçu Tibb Mərkəzinə təxliyə olunub", - deyə məlumatda bildirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər