Yaponiya hərbi texnikanı kibermüdafiə sistemləri ilə təchiz edəcək
Şəfa Hüseynli
Yaponiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə radarlarını, döyüş təyyarələrini, yerüstü üzən dronları kiberhücumları və bu cür avadanlıqlara gizli şəkildə nəzarəti ələ keçirmək cəhdlərini dəf etmək üçün yeni tipli proqram təminatı hazırlayacaq.
Operativ Media xəbər verir ki, bu barədə "Nikkei" qəzeti məlumat yayıb.
Məlumata görə, bu sistemlərin tətbiqi 2027-ci ilə planlaşdırılır.
Süni intellektlə işləyən pilotsuz uçuş aparatları arasında informasiya mübadiləsi üçün şəbəkələrin qorunmasına xüsusi diqqət yetiriləcək
Qeyd edilib ki, Yaponiya hökuməti hədəflərin qiymətləndirilməsini və seçilməsini sürətləndirmək üçün orduya süni intellekt sistemlərinin tətbiqini, eləcə də qoşun komandanlığı üçün məlumatların inteqrasiyasını nəzərdən keçirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net