Bəzi marşrutların dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq
Operativ Media
Paytaxtın Puşkin küçəsinin Xaqani küçəsi ilə Nizami küçəsi arasındakı hissəsində aparılan təmir işləri ilə əlaqədar avqustun 10-da bir sıra marşrut avtobuslarının həmin ərazidə yerləşən dayanacaqlarda saxlaması müvəqqəti dayandırılacaq.
Operativ Media xəbər verir ki, sərnişinlərin avtobuslara minib-düşməsi zamanı yarana biləcək çətinlik və narahatlıq nəzərə alınaraq 1, 2, 4, 10, 20, 32, 46, 88A, 120, 120E və 125 nömrəli marşrutlar avqustun 10-da sözügedən dayanacaqlarda sərnişin götürüb-düşürməyəcək.
Avqustun 11-dən etibarən həmin marşrutlar əvvəlki qaydada sərnişinlərə xidmət göstərəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net